Sığallayıb birər-birər boyunu,
Sevələyim güldanlıq güllərini.
Cığallayıb bitirsəm də oyunu,
Dönməz daha, eh, cavanlıq günlərim.
O gözlərin daha atəş saçmayır,
Kipriklərin İlahidən nəmlidir.
Xəyallarım uzaqlara uçmayır,
Ümidlərim gecə kimi qəmlidir.
Mən ki sənin harayına yetmədim,
De, nə ilə yuyacağam günahım?
Nəm qoxulu sarayına getmədim,
Daşlarını qızdırmayır gün axı.
Ümidlərim ilmə-ilmə söküldü,
Qırıqların toplayan yox, yığan yox.
Baxışların kəlmə-kəlmə töküldü,
Ovuclayıb yanağına sıxan yox.
Hər sözümü doğru sayan həqiqət,
Susacaqmı yalanımın önündə.
Fikirlərim sənə əyan, et diqqət
Gedənlərim qalanların günündə.
11.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!