Qaranlıqda izlənmişik,
Aydınlıqda bizlənmişik.
Gecə-gündüz gizllənmişik,
Ümidlərin kölgəsində.
Həycan zəngi çalmayaq ki,
Vəslin öcün almayaq ki..
Necə ayrı qalmayaq ki,
Ayrılıqlar ölkəsində.
Elə dost var yolun azır,
Öz dostuna quyu qazır.
Sənin yerin çoxdan hazır,
Həsrət, hicran bölgəsində.
25.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2019 16:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!