Ümidlərin arzuları çığnayır,
Qapımızı kim döyəcək birinci.
Istəklərim ürəyimə sığmayır,
Öz-özünü kim öyəcək birinci.
Eh, nədənsə günü-gündən azalır,
Ümidimi sevənlərin sırası
Üzü gülmür, yanaqları sozalır,
Sağalmayır qəlbindəki yarası.
Ümidimin ayaqları qızıldan,
Hara getsəgül açacaq qədəmi.
Ağlayarsa könül közüm cızıldar,
Göz yaşlarımin bir dərdi ödəmir.
Deyirlər ki sonda ölən ümiddir,
Razı olma günahsızı öldürək.
Həsrət özü ayrılığı sevibdir,
Təkcə qalan hicri necə güldürək.
Bilirəmkidaha geri qayıtmaz,
Nə o bahar, nə o payız, nə o qış.
Xatirələr ruhumuzu oyatmaz?,
Ay əzizim, gəlişinə min alqış.
17.04.2019
Kayıt Tarihi : 18.4.2019 14:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!