Sanma ki mən sənsiz dostum, ölürəm,
Sirrimi şerimlə yarı bölürəm.
Daha ürəyində yoxam, bilirəm,
Yerim bəyəndiyin o qıza qalıb.
Əkdiyi kol-kos da verməz ki bəhrə,
Yeridir qumsalllıq, yurdudur səhra,
Dolaşar dünyanı təkcə, təktənha,
Bunca acı çəkmək yalqıza qalıb.
Bilirəm, aran yox nəsihət ilə,
Gözəl duyğu ilə, məziyyət ilə.
Kaş ki həmrəng olum təbiət ilə.
Ümidim qızılı payıza qalıb.
Işığa qərq olmaz qaranlıq bölgə,
Orda məskən salar görünməz kölgə.
Qu desən qulaqlar tutular bəlkə,
O dağlar, dərələr yalquza qalıb.
Hesabı itirdim.Fələk, özün say,
Görən düşəcəkmi mənə fərəh pay.
Buludlar içində gizlənibdir ay,
Günəşin şüası ulduza qalıb,
Kayıt Tarihi : 24.2.2022 10:47:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/02/24/umidim-qizili-payiza-qalib.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!