Mən zirvə, sən təpə ümid imisən,
Mən dalğa , sən ləpə ümidimmisən.
Görürsən o körpə ümidimi sən.
Qıvırcıq telini darayıb getdi.
Həyat zəmisini tezcə biçsə də,
Ayrılıq suyunu buz tək içsə də,
Özü bu dünyadan nakam köçsə də,
Arzunun işinə yarayıb getdi.
Qəlbimi qırıb da üzmədi məni,
Hicranın sapına düzmədi məni.
Heç ürək dolusu süzmədi məni,
Gözücü baxışla arayıb getdi.
04.01.2019
Kayıt Tarihi : 4.1.2019 07:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/04/umidim-13.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!