Indi mənim ümidimin
Ayaqları qırılmış.
Indi mənim xəyallarım
Göydən yerə çırpılmış.
Fərəhin qapısı bağlı,
Asılıbdır qıfıl da.
Sevinc gələr gözü yaşlı
Dərd-qəm çəkər, ufuldar.
Görək necə təskin edək,
Ruhlandıraq o qızı.
Bir ziyafət təşkil edək,
Tək qoymayaq yalqızı.
Ümidləri yavaş-yavaş,
Ayaq açıb yerisin.
Əvvəlin bizlə razılaş,
Bəxtin yazsın gerisin.
Kayıt Tarihi : 8.6.2020 09:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!