Kədərin kamına yetəndən bəri,
Fələyin dediyin edəndən bəri,
Üz tutub Şimala gedəndən bəri,
Əllərim əlinə daha toxunmur.
Hisslərimi tünd rəng ilə yazarım,
Ayrılığın yollarında azarım.
Sən gedəli xarabadır bazarım,
Kitabım bağlanıb vallah, oxunmur.
Ay əzizim, geyinib xaram sarı,
Günəş çıxıb, boylanır qaram sarı.
Heç olmasa söz ilə yaram sarı,
Bir gilə ümid də söylə, yoxunmu.
Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!