Ümid ve güman Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ümid ve güman

Salım-salxım ümidlərim asılıb,
Əl atıb da bir dərənim yox.Neynim.
Gümanlarım məğlub olub, basılıb
Bir təsəlli göndərənim yox.Neynim.

Yoldaş olub ümidlərim gümana,
Addım-addım gedirlər hey irəli.
Çox qorxuram, düşərlər boz dumana,
Qucaqlayar onları hicrin əli.

Ümidimin boymu bükük qalmasın,
Suya düşsün gümanımın qorxusu.
Insan oğlu boş xəyala dalmasın,
Titrəsin burnunda vüsal qoxusu.

Həyatımın səhvəsini yazanda,
Qələmi qırılsın qara həsrətin.
Ümidim uşaq tək yolu azanda,
Rast gələr gümana.Bəlkə də çətin.

Iki doğma qardaş..Ümid və güman,
Hər insan həyatın bəzəyib keçər.
Fərəhim, sevincim coşqun bir ümman,
Biri o birinə bənzəyib keçər.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2023 11:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Orhan Erdoğan
    Orhan Erdoğan

    Harika bir şiiri okudum.
    Anlam doluydu ve anlatımı mükemmeldi.
    Değerli kalemiTebrik ederim.

    Cevap Yaz

TÜM YORUMLAR (1)