Ümid balam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ümid balam

Arzular təpələnsin,
Bol ruzi səpələnsin.
Fərəhin ləpələnsin,
Qəm gölün qurut, balam.

Xəyalı dağ aşanda,
Gözü dolub daşanda,
Nənən tənhalaşanda,
Sən onu ovut, balam.

Üzündən nur tökülsün,
Dərdin beli bülkülsün.
Daim gözlərin gülsün,
Kədəri unut, balam.

Esinin nəvəsisən,
Nənəlik həvəsisən.
Havası, nəfəsisən,
Göyərçin bulud,balam.

Nemətin balasısan,
Günelin qalasısan.
Ürəklər alasısan,
Ay mənim Ümid balam.
03.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu