Yenə payız gəlib, saralıb yarpaq,
Min rəngə boyanıb anamız torpaq,
Payız çalarında poçt qutusuna,
Nə olar, məktub at sən bircə varaq.
Yaz ki “Darıxmışam yar, sənin üçün,
Yerini verməyir burdakı qızlar.
Qoyub da gəldiyim Vətənim üçün,
Ağlaram.Köksümdə ürəyim sızlar.”
Məktubu sürtüb də nəm gözlərimə,
Hamının yanında öyərdim, bir az.
Eh, mən də inanıb bal sözlərinə,
Ümid ağacımı göyərdim bir az.
Kayıt Tarihi : 5.10.2019 14:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!