Sənsiz ümidimin qapısı bağlı,
Bu qara qıfıla düşmür hər açar.
Sənsiz vüsalın da ürəyi dağlı,
Qalmışıq həsrətin önündə naçar.
Kəsib qarşımızı zalım cəllad tək,
Aman da verməyir deyim sözümü.
Biz ki ayrılmadıq səninlə yad tək,
Qayıt, alovlandır sönən közümü.
Ümidin əlindən tutub astaca,
Tıqqıldat taxtadan olan qapımı.
Yaxınlaş, könlümü alıb ustaca,
Qoyma ki qırılsın ürək sapımı.
19.04.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!