Ulduz axışı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ulduz axışı

Ah-zarım dumana, sisə dönübdür,
Yaxşılar gözümdə pisə dönübdür.
Bəlkə də qapqara misə dönübdür,
Daha parıldamaz qızıl naxışım.

Bu yol sonsuzluğa yolum olacaq,
Sonadək döyünən solum olacaq.
Bir azdan gurlaşıb dolu olacaq,
Indi aram-aram yağan yağışım.

Kimliyi bilindi sonda nəhayət,
Yox imiş qəlbində dözüm, dəyanət.
Görəndə dostumdan acı xəyanət,
Bir anda dəyişdi dünya baxışım.

Soran yox halımı: Gülüm, necəsən,
Alma ayrılığı bunca vecə sən.
Gözünü səmadan çəkmə gecə sən,
Möhtəşəm olacaq ulduz axışım.

Önümə dünyanın sərvəti gəlib,
Tanrının ən böyük qüdrəti gəlib.
Deyəsən əbədi qismətim gəlib,
Izn ver aramla gedim, yığışım.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu