Hərb ilə yoxdur aram,
Azadlığa mən varam.
Qaysaq bağlamaz yaram,
Eyni vurğu, nöqtəyik,
Ukrayna, səninləyik.
Haqq duyulur səsində,
Atəş var nəfəsində.
Bütün Yer kürəsində,
Azadlığa diqtəyik,
Ukrayna, səninləyik.
Deyən qalıblar bekar.
Axtarırlar ov-şikar.
Düşməndən açıq-aşkar,
Ucadayık, pikdəyik,
Ukrayna, səninləyik.
Nahaq qanlar töküldü,
Yandı evlər,çöküldü.
Bağrım başı söküldü,
Sanki biz də cəngdəyik,
Ukrayna, səninləyik.
Xain xəyala dalar,
Sinəndə min od qalar.
Ədalət zəfər çalar,
Göy və sarı rəngdəyik,
Ukrayna, səninləyik.
Qürbətdə izimiz var,
Əyilməz dizimiz var.
Neçə əzizimiz var,
Telefonda, zəngdəyik
Ukrayna, səninləyik.
Indi çətin çağındır,
Dünya qəm ortağındır.
Qələbə çox yaxındır,
Biz eyni ahəngdəyik,
Ukrayna, səninləyik.
Kayıt Tarihi : 28.3.2022 08:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/ukrayna-seninleyik.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!