Uğur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3738

ŞİİR


28

TAKİPÇİ

Uğur

Hasildir arzu, dilək,
Sevinclə vurur ürək.
Uğur, adın mübarək,
Uğur gətir özünlə.

Həmişə xoş çağlı ol,
Vətəninə bağlı ol.
Azərbaycan oğlu ol,
Tonqal qala közünlə.

Sevənlərdir sağ-solun,
Ətir saçır gül kolun.
Qızlar dəyişər yolun,
Sənin bircə sözünlə.

Anan murada yetər,
Atan bülbül tək ötər.
Nənə, baba fəxr edər,
Addımınla, izinlə.

Böyü, ol igid aslan,
Həyat deyil ki asan.
Bir zaman paylaşasan,
Toy gününü bizimlə.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu