Fələk taleyimi oynuna salıb,
Qüssənin qoynunda xəyala dalıb.
Səni sevdiyimi boynuma alıb,
Sirrimi astaca pıçıldaram mən.
Vüsala çatmaqçun şam kimi alış,
Könlümü almaqçun səbr edib çalış.
Şənə bəxş edərəm gözəl bir gülüş,
Kədəri gözündən qaçırdaram mən.
Bu sevgi hələ də yarımürgülü,
Bu eşqə ayrılıq yarımır, gülüm.
Daha sevdam mənə yarınmır, gülüm,
Həsrəti külək tək uçurdaram mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!