UCALIQDAN ENƏRSƏNMİ
Dodağında kəlmə gedən.
Köksüm altın dəlmə, gedən.
Sən ey yolu ölmə gedən,
Üzü bəri dönərsənmi.
Ala gözü yaşla baxan,
Baxışıyla qəlbi yaxan.
Ulduz təkin qəfil axan,
Alov kimi sönərsənmi.
Bumu dəmir qanun-qaydan,
Dost-tanışa yoxdur faydan.
Səni yıxar qara madyan,
Bəyaz atı minərsənmi.
Mən ki əvvəldən fağırdım,
Həm təmkinli, həm ağırdım.
Səni şeirlə çağırdım,
Bayatıyla dinərsənmi.
Ay mənim divanəm, dəlim,
Çağır, görüşünə gəlim,
Əllərinə çatmır əlim,
Ucalıqdan enərsənmi.
Kayıt Tarihi : 28.3.2022 07:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!