Təbriklər oxşadı şair könlümü,
Naxışlar bəzədi könül mülkümü.
Yatırda bilmədim təlatümümü,
Göylərə ucaldım, ucaldım Ana.
Illər yenə çəkir sual-sorğuya,
Eh, daha nə deyim zaman orğuya,
Tezcənə böyüdüm, əsrə doğruyam,
Fələkdən öc aldım, öc aldım Ana.
Dumana qarışdım, sislə yol aşdım,
Tüstüylə yarışdım, hislə dolaşdım.
Yaxşıyla barışdım, pislə dalaşdım,
Bir il də qocaldım, qocaldım Ana.
Kayıt Tarihi : 12.9.2019 14:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!