Ucalara qaldırar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ucalara qaldırar

Su tökdürər közlərimə.
Sis çökdürər sözlərimə,
Yol çəkdirər gözlərimə,
Xəyallara daldırar.

Qocalığı dada düşsə,
Cavanlığı bada düşsə,
Uşaqlığı yada düşsə,
Oyuncaq da aldırar.

Heçdən dolmaz heç bir zaman,
Vaxtsız solmaz heç bir zaman.
Məğlüb olmaz heç bir zaman
Düşmənləriə saldırar.

Dönər mülayim mələyə,
Uymaz ki hiylə-kələyə.
Istəsə zalım fələyə,
Min bir hava çaldırar.

Ayrıldıqmı yəni, dostum,
Unutmaram səni, dostum.
Sənin sevgin məni dostum
Ucalara qaldırar.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu