Ucadır özgüvenim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ucadır özgüvenim

Qoca dünya.Kipriklərin ağarmış,
Əllərin də başlayıbdır əsməyə.
Yay günündə başna qar yağarmış,
Azca pul ver rəng-kirşana, vəsməyə.

Eh, onsuz da qocalığın bəllidir,
Yeriyəndə tutmağa yer ararsan.
Sənin ömrün neçə milyon əllidir,
Keçəl başı nahaq yerə dararsan.

O sənsənmi erməniyə can deyən?
Sənin canın şüşədədir, şüşədə.
Məni sevən Azəribaycan deyər,
Bayrağımız dalğalanır Şuşada.

Igidlərim məhv edibdir yağını,
Halaalımı haram etməz haramlar.
Yaşayırıq ömrün bahar çağını.
Heç rahatsız edə bilməz aramlar.

Indi mənim göylərim də sevincli,
Gecələrim gündüzümə qarışıb.
Bir vaxt dəli kükəklərim də dincdi,
Ay Günəşlə, Günəş Ayla barışıb.

Tanrım, şükür.Sülh zamanı gəlibdir,
Toy edərik.Nə qədər var subayım,
Yağış tökür.Sübh zamanı gəlibdir,
Yağış mənim İlahidən nur payım.

Bu sevincə qatılıbdır qəm, kədər
Həlak olub neçə-neçə igidim.
Axıdılan qanlar getmədi hədər,
Məzarında rahat uyu, şəhidim.

Uğurunda can verdiyin torpağın,
Əbədilik azad oldu işğaldan.
Gör harada dalğalnıır bayrağım,
Kömək oldu bizə ulu Yaradan.

Bayram edək yenə Cıdır düzündə,
Alovlardan pozulmasın şənliyim.
Məğlubiyyət yağır düşməz üzündən,
Ucadadır özgüvənim, mənliyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2020 11:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu