Uca çinar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Uca çinar

Sevgidən qiymətli dünyada nə var,
Məhəbbət yeri də göyə qaldırar.
Vüsal baxçasının gülün soldurar,
Bircə an həsrətin küləyi əssə,

Eşqin keşiyində qeyrətlə durar,
Sədaqət qalasın cürətlə qurar.
Yerində durmaz ki, sürətlə vurar,
Əgər ki ürəyim görüşə tələssə.

Nədəndir sevirəm bunca çinarı,
Dünyanın özü tək qoca çinarı.
Gözlərim axtarar uca çinarı,
Yolumun üstündə bitən vələssə.
04.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 09:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu