Üç Renqli Bayraq Şiiri - Ergün Mamedov

Ergün Mamedov
29

ŞİİR


5

TAKİPÇİ

Üç Renqli Bayraq

Candan parça qopuldu qəmli ellərinə,
Çırpınaraq dəyinər dəm ki, tellərinə.
Köroğlu kimi həsrət Çənlibellərinə,
Ümid ki, ‘Bütöv’ səhərə fərqli ayılaq,
Hûrriyyətindir daimi üç rəngli bayraq!

Bil, Otuz Yeddi’yə qurban neçə şairin,
Ki, yatdığı topraqsan Müşfiq’in, Sabir’in.
Arxandan quyunu qazanlar və sairin,
Şərhliklərində tənha, ahənkli də ıraq,
Hûrriyyətindir daimi üç rəngli bayraq!

Səndən uzaq, məchuldadır övladın Rəvan,
Ne bir dərdin bitmişdir, nə də ki, bir davan.
Sözündə bitəcəq, olacaq dərdə dəvan,
‘Öl’ desən ölək, uğruna cənqli sayılaq,
Hûrriyyətindir daimi üç rəngli bayraq!

Hər üç rənginə də ayrı-ayrı aşiq var,
Qansızın gözündə deyildi qurd’a şikâr.
Onlar yurdsuzdur, bizdə isə yurd aşikâr,
Turan yolun, deyəməzlər; ‘gərək ayıraq!’
Hûrriyyətindir daimi üç rəngli bayraq!

Bir yanını qərb alır, diğər yarın Təbriz,
Bir yanım nə səhvdir, nə diğər yarım təhriz.
Özdən özə qalanın, yoxun varın tək biz,
Göyyüzü buludlu isə tək sənli bərraq,
Hûrriyyətindir daimi üç rəngli bayraq!

Ergün MAMEDOV, Telmih Dergi, 16.sayı, Azerbaycan Dosyası, 12 Haziran 2020

Ergün Mamedov
Kayıt Tarihi : 18.9.2020 09:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ergün Mamedov