Ürəyim qəmdən su içər,
Fələk məni qurban seçər.
Deyirlər pis gün tez keçər,
Çətin günlər ötüşmədi.
Külək tək əsdin,ayrılıq.
Ağlatma, bəsdi ayrılıq.
Aranı kəsdi ayrılıq,
Vüsal eşqlə öpüşmədi.
Fələk istədiyin etdi,
Təkcə ölüm kama yetdi.
Nağılımız burda bitdi,
Göydən üç alma düşmədi.
Kayıt Tarihi : 30.6.2018 13:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/uc-alma-dusmedi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!