Teze İl(taze yıl)

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Teze İl(taze yıl)

Təzə il, gəl bu gecə ömrümüzə nur ələ sən,
Açginən boxçanı, göstər, nə gətirdin hələ sən…

O qədər şey dilədik yollarına arzu deyə,
Kaş ki duysun ürəyin arzumuzu, bir biləsən …

Umu -küslükləri sən topla , ver o köhnə ilə,
Çevir o köhnə ili bir dəli rüzgar, yelə sən….

Gethaget vaxtı çatanda elə pis yarə vurub….
Köhnənin tökdüyü göz yaşımızı bir siləsən….

Gər gözəl bir il ola bilsən əgər millətimə,
Dilə məndən, sənə qurban edim, hər nə diləsən…

Sıxıb öz qoynuna xoşbəxtlik ilə bol payını,
Dönəsən dağ çayına , bir bərəkətli selə sən …

On iki ay yaşayıb bizlər ilə şad-xürrəm,
Can deyib, can eşidib sən də ürəkdən güləsən…

Qədəmin, addımın hər kəs üçün olsun sayalı,
Elə gəl, qoy sevinək ki, həmişə sən gələsən ….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 6.1.2025 19:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!