Dövlətli deyilsən çox varın olsa
Varlısan ən xoşbəxt diyarın olsa.
Altında qara rəng mirvarı varsa,
Bu qəm dənizinin üstü yamyaşıl.
Nə günə qoydu gör məhəbbət bizi,
İzləyir daima hey töhmət bizi
Elə yandıracaq bu həsrət bizi,
Alovu aldırsa,tüstü yamyaşıl.
Alına yazılıb ayrılıq sözü,
Bizdən əl çəkməyir ayrılıq özü.
Abidə qoymadım hicrana, düzü
Vüsalın əbədi büstü yamyaşıl.
05.12.2018
Kayıt Tarihi : 5.12.2018 20:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!