Fələk neyin qəmli çaldı,
Bizə həsrət,hicran qaldı.
Tale nədən ayrı saldı,
Qoşa uçan quş olmadıq.
Başın üstdə çəni gördüm,
Saçındakı dəni gördüm.
Göz önündə səni gördüm,
Yediklərim nuş olmadı.
Ay işığından nurlandıq,
Günəş zərindən varlandıq.
Yer üzünü çox fırlandıq,
Səadətə tuş olmadıq.
Kayıt Tarihi : 16.6.2018 10:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!