Türkçülükle Var Olacaqsan

Ergün Mamedov
29

ŞİİR


5

TAKİPÇİ

Türkçülükle Var Olacaqsan

Düşmanın bəllidir ki, onu yaxşı tanı,
Tanı ki, unudma atanı, Türküstanı!
Axdıqca damarında irqin əsil qanı,
Yaşa, yaşa ki, yurdun qalsın əsənlə,
Türkçülük var olacaqsan, o da sənlə.

Yoxsa ağlından çıxdı mı bozqır yasası?
Qalsa da son kişi, varsa ölüm tasası,
Yenə də odur ülkünün ən son qalası,
Başqa bir yolun yox, “tükəndim” desən də,
Türkçülüklə var olacaqsan, o da sənlə.

Yoldan dönüb qanma çaqqaldan xütbələrə,
Baş əyib də taviz vermə boş rütbələrə.
Tanrı sənin Tanrı’n, ki, aldanma bütlərə,
Yaradan səni fərqli qılmış, ruhla, bədənlə,
Türkçülüklə var olacaqsan, o da sənlə.

Bir bax tarixinə, bax ki, güc al Kürşad’dan,
Türksən! bu adın ki, üstündür hər addan!
Silmə bir anını bilə heçbir yaddaşdan,
Onlar səndə yaşayır, sevinçlə, qəmlə,
Türkçülüklə var olacaqsan, o da sənlə.

Ergün Mamedov
Kayıt Tarihi : 3.4.2020 21:57:00
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ergün Mamedov