Gəzdim təbiət qoynunda,
Gül-çiçəklər umar məni.
Uduzdum tale oynunda,
Müflis etdi qumar məni.
Ürək qəmdən quzulayar,
Kaş bəxtimə yazıla yar.
Billəm,yaman arzulayar,
O gözləri xumar məni.
Qəlbən sevmək məharətlim,
Nəğməsi eşq nəqarətlim.
Əlləri od hərarətlim,
Məst eylədi tumar məni.
Kayıt Tarihi : 14.6.2018 20:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!