Fələyin əlində qalıb boxçası,
Heç işə yaramır altun-axçası.
Daim ətir saçar sevgi baxçası,
Leylilər, Şirinlər gül olub burda.
Ayrılıq dövrani-gərdişə dönüb,
Aldanıb aldatmaq vərdişə dönüb.
Qaranlıq adamlar keşişə dönüb,
Sevənlər Kərəmtək kül olub burda.
Eh, bircə ox ilə olar işi kar,
Ovçu gördüyünü etməzmi şikar.
Həqiqət hava tək daim aşikar,
İlahi təcəssüm tül olub burda.
Ay həsrət, şimşək təksəmada az çax,
Sevib-sevənləri az yandırıb yax.
Bura sevdalılar ölkəsidir, bax
Məhəbbət yeganə dil olub burda.
Kayıt Tarihi : 25.7.2021 06:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!