Qəlbə batdın tikan kimi,
Itdin qara məkan kimi.
Püskürdün sən vülkan kimi,
Ümidimi kül eylədin.
Hey coşdurdun dənizimi,
Silmək üçün sən izimi.
Mənim gözəl bənizimi,
Vaxtsız solan gül eylədin.
Dindirsəm də dinməzsən ki,
Alovlansan,sönməzsən ki.
Öz sevdandan dönməzsən ki,
Ah-naləmi tül eylədin.
Kayıt Tarihi : 20.6.2018 15:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!