Bəzən yolun sonundakı
Gözlədiyim o olmayir.
Bəzən vəslin donundaki
Izlədiyim o olmayir.
Yolun sonunda ayrılıq
Bardaş qurub oturub ha.
Vüsal donunda ayrılıq
Qardaş, vurub öturub ha.
Istəyir ki bu ad ilə
Məni alib aparsin da.
Necə dost olum yad ilə
Dünya tufan qoparsin da…
Sənin mənli gunlərinə
Ayrılıq supurgə çəkib.
Gözü nəmli unlərinə
Qəm basdırıb kədər əkib.
Tellərinin titrəməyi
Ürəyimə əngəl olub.
Həqiqətin budrəməyi
Doğruya daş çəngəl olub.
Sevinc Arzulu
Kayıt Tarihi : 18.6.2019 19:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/06/18/tufan-qoparsin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!