Tozunu görmedim ki Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tozunu görmedim ki


Qulağıma gəlir yenə.
O illərin sədası.
O nəğmələr tanış mənə,
Olduq onun fədası.

Xatirimə düşən anda,
Üzümə qonar kədər.
Yaşamışıq o zamanda,
Gənclik getmədi hədər.

Biz sevdik də, sevildik də,
Dərd-qübarla görüşdük.
Az danışıb çox bildik də,
Xəyanətlə görüşdük.

Göz yaşları yağış kimi,
Axardı gözümüzdən.
Finaldakı baxış kimi,
Çaxardı közümüzdən.

Bəzən eşqin əlifbası
“A” ilə başlamır ki.
Geyinəndə al libası,
Ayrtılıq daşlamır ki.

Mənim üzügülər dostum,
O günləri qaytardın.
Söhbət-sözü gülər dostum,
O dünləri qaytardın.

Durub baxdım mən geriyə,
Özümü görmədim ki.
Xatirələr lal yeriyər,
Tozunu görmədim ki...

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2020 10:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu