Ayrılıq həsrətdən eşq uman kimi,
Dalğalar sahiləşən cuman kimi,
Hələ çəkilməmiş ağ duman kimi,
Getdiyin yolların tozuna qurban.
Mən sənli dünyanın rəngin sevirdim,
Əbədi sevgini zəngin sevirdim.
Səmanı masmavi, əngin sevirdim,
Sarı-qırmızıya, bozuna qurban.
Hicranı qapıdan ötürərəm mən,
Xoş günü səninçün götürərəm mən.
Özümü vüsala yetirərəm mən,
Bal kimi röyaya, yozuma qurban.
15.07.2018
Kayıt Tarihi : 16.7.2018 07:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!