Inamımız yox sabaha,
Ümidim bir tək Allaha.
Çəkə bilmirəm qəm daha,
Nə taqət,nə dözüm qalar.
Saf arzular qəlbindəki,
Qəmlənməsin qəlbin təki.
Qurtarmayıb qəlbimdəki,
Neçə-neçə sözüm qalar.
Ürək sözlərim yaradı,
Könlüm həsərtdən yaradır.
Həyat mö`cüzə yaradır,
Ruhum uçar,”Öz”üm qalar.
Göz çəkmirəm tər çəməndən,
Bənövşədən,yasəməndən.
Yə`qin ki yadigar məndən,
Şeirim,yazı-pozum qalar.
Lazım bilərsə yaradan,
Ayılmaram heç röyadan.
Sevinc,getsəm bu dünyadan,
Zərrə qədər tozum qalaq.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!