Ağ yelkənli qayıq olub,
Keşiyimdə sayıq olub.
Taleyimə soyuq olub,
Üzü-gözü sızanaqdır.
Dünya nənə hana qurmuş,
Ilmələri yanlış vurmuş.
Rənglər yaman qarış-quruş,
Xalı yeri bozanaqdır.
Yüz illərdir ömür sürən,
Bəyaz telin qoşa hörən.
Baş açmıram niyə görən,
Yollar yaman tozanaqdır.
Kayıt Tarihi : 28.6.2018 06:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!