Zülmətdə ağ görünən,
Nurda gözəl görünər.
Kaş ki bütün dünyamız,
Bəyaz nura bürünə.
Biz də gözəlləşərək,
Yeni gün arzulayaq.
Yer-göylə əlləşərək,
Toy-düyün arzulayaq.
Arzulayaq yenə də,
Qapımızda toy olsun.
Sevinsin bu nənə də,
Gül-çiçək min boy olsun.
Cavan qızlar, oğlanlar
Yenə də Yallı getsin.
Sözkəsdisi olanlar,
Toylu-duvaqlı getsin.
Xoşbəxt olsun cavanlar,
Sevinsin ata-ana.
Yoxa çıxsın yamanlar,
Yaxşı girsin meydana.
Pis gəlsə də dəyirmi,
Sonu uğurlu olsun.
Ay iki min iyirmi,
Tonun qürurlu olsun.
Arzular qucağında,
Şən, şad keçsin ömrümüz.
Həsrətin ocağında
Alışın qəm kömrümüz.
Kayıt Tarihi : 22.5.2020 07:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!