Toxunmaq olmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Toxunmaq olmaz

Eh, şümşad barmaqlar çalanda udu.
Sanırsan cənnətin nəğməsi budur.
Elə bir sehirdir, elə bir cadu,
Yatıram deməklə yuxun maq olmaz.

Ocağı közünlə yandırasan ki,
Şaxtanın ozünü dondurasan ki...
Qanmazı nə təhər qandırasan ki,
Hər cahil insana oxunmaq olmaz.

Ilahi toxumu gül də eyləyər,
Dumanı dağlara tül də eyləyər.
Yandırıb əlini kül də eyləyər,
Günəşin nuruna toxunmaq olmaz.
27.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu