Toxunma, gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Toxunma, gülüm


Zaman qəlb oxşayan min nağıl deyər,
Dostların hərəsi bir ağıl verər.
Əl vursan, titrətsən bil, ağı deyər,
Könlün qəlb siminə toxunma, gülüm.

Ürəyə ruh verən sərin nəsim ol,
Könüllər oxşayan bir sarı sim ol.
Tək mənə açılan sehr, tilsim ol,
Hər yoldan ötənçün oxunma, gülüm.

Bir həzin, bir şirin lirik kəlməsən,
Arzumdur həsrətin dadın bilmə sən.
Mənim qəlb xalımda zərif ilməsən,
Özgə gəbəsinə toxunma, gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu