Düş xəyalın gur yerinə,
Sözdən şahlıq qur yerinə.
Sal səsinin nur yerinə,
“Simayi-şəms oxu mənə.
Bu nə zülüm, bu nə qəsddir.
Tellərini azca əsdir,
Üzünücə görsəm bəsdir,
Sayma varı, yoxu mənə.
Dostum, tez et mənə zəngi,
Yoxsa ki başlaram cəngi.
Sevməyirəm sarı rəngi,
Mavi çələng toxu mənə.
Xəyallarında azıram ,
Görüşünə də hazıram.
Gözəl şeirlər yazıram,
Qibtə edir çoxu mənə.
Kayıt Tarihi : 11.3.2023 07:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!