Tox olarıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tox olarıq

Nədən könül dünyamızın,
Ilmələri üzülər?
Eşq-məhəbbət sonasının,
Kəlmələri düzülər.

Oxuyarıq kəlmə-kəlmə,
Hisslərimiz qarışar.
Ayrılığın dadın bilmə,
Qəm kədərlə barışar.

Qəm kədərlə barışmasın,
Yoxsa dünyam məhv olar.
Bir-biriylə yarışmasın,
Zəfər böyük səhv olar.

Bu səhvincə ucbatından,
Ayrılıb gedərik biz.
Məhəbbətin üst qatından
Sıyrılıb gedərik biz.

Gedib üzü sonsuzluğa,
Zülmətdə yox olarıq.
Dözəmmərik onsuzluğa,
Hicrana tox olarıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.10.2019 15:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu