Olmayır ki sənsiz də,
Telim bəyaz dənsiz də.
Ləpirlərim dənizdə,
Izim torpaq altında.
Gecələr gündüzlənir,
Dağ-dərələr düzlənir.
Min xəzinə gizlənir,
Bizim torpaq altında.
Çiçəklərim çayırda,
Ləçəklərin ayır da.
Biləklərim bayırda,
Dizim torpaq altında.
Dağlarda çənsizliyə,
Düzlərdə şənsizliyə.
Mən necə sənsizliyə,
Dözüm torpaq altında.
Yağışlarım səmadan,
Naxışlarım səmadan.
Baxışıarım səmada,
Gözüm torpaq altında.
Bir gün qəsdə durular.
Sözlər pəsdən vurular.
Üstündə yas qurular,
Özüm torpaq altında.
Çiçək qanqala dönər,
Ürək manqala dönər.
Tanrım, tonqala dönər,
Közüm torpaq altında.
Kayıt Tarihi : 5.8.2021 06:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!