Istəklərim təpələnib,
Arzularım ləpələnib.
Yer üzünə səpələnib
Ümidlərim qıça-qıça.
Ürəyimə kaman düşüb,
O əvvəlki zaman düşüb.
Acı yeldən yaman düşüb,
Buludlarım qaça-qaça.
Dəli küləkdən ağlarsan,
Yetməz diləkdən ağlarsan.
Bir vaxt ürəkdən ağlarsan,
Torpağımı quca-quca.
20.03.2019
Kayıt Tarihi : 21.3.2019 14:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!