Tören rehmim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tören rehmim

Çəkib ağır zəhmətini,
Qazanıbdır rəhmətini.
Bilməyir ki qiymətini,
Yada önəm verən səhmim.

Həyat işin boşun çəkir,
Vidalaşaq xoşun çəkir.
Kədər, qüssə qoşun çəkir,
Harda oldu görən səhvim..

Zülmət yaşar gündüzündə,
Alaq bitər gül düzündə.
Bu dünyanın o üzündə,
Qara məzar hörən məhvim.

Göy çəmənə xalça sərir,
Tənhalığı ürək dəlir.
Yalqıza yazığım gəlir.
Yaxşımıdır törən rəhmim...

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu