Tonu görünmür Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tonu görünmür

Yatıram müqəddəs duyğu içində,
Bal kimi röyada, uyğu içində.
Elə hey gedirəm qayğı içində,
Nədən buz yolumun donu görünmür.

Yenə də ayrılıq həsrətə yarmı,
Vüsalın başına yağan ağ qarmı.
Gedirəm, gedirəm, bir yerə varmır,
Nədən düz yolumun sonu görünmür.

Heca şeir deyən daha köhnəlib,
Özümtək qocalıb ilham köhlənim.
Elə bil başqa lad üstdə köklənib,
Nədən öz yolumun tonu görünmür.
26.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu