Tonqal çatır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tonqal çatır

Odur məhəbbətin ası,
Əskik olmaz heç duası.
Al günəşin lal şüası,
Gözlərimdə tonqal çatır.

Ulduzların axışından,
Qara-bəyaz naxışından.
Sənin soyuq baxışından,
Ürəyimə tikan batır.

Cətin səma nurlaşacaq,
Segahlanıb Şurlaşacaq.
Eh, bir azdan gurlaşacaq.
Dolu hələ tək-tək atır.

Adı adlar içrə addır,
Dərdə, qəmə dostum, yaddır.
Elə nikbin, elə şaddır,
Kədərini kimə satır.

Azalmaz ki məhəbbətin,
Dildə gəzər sədaqətin
Göz önündə həqiqətin,
Sevinci qüssəyə qatır.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu