Şadlıq kədəri pis görər,
Dərd-qəmi qoyar pis günə.
Qəfildən vülkan püskürər,
Göy səmadan od tökülər.
Azadlığın meydanından,
Həsrətinin zindanından.
Xatirələr güldanından,
Neçə-neçə ad tökülər.
Ağ gəlməz qaram üstünə,
Köz atma xaram üstünə.
Qanayan yaram üstünə,
Bircə damla yod tökülər.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!