Aydınlandı səma da,
Əsdi badi-səba da.
Gözəl eldə, obada
Kürdəmirdə doğuldun.
Yolun olmadı dümdüz,
Çətinliyin sayı yüz.
Oxudun gecə-gündüz,
Nə usandın, yoruldun.
Səni sevənlər çoxdu,
Sərt baxışın bir oxdu.
Namərdlə işin yoxdu,
Comərdlikdən yoğruldun.
“Faşistin bağrın dələk,
Qurmasın hiylə-kələk.
Düşmənə qalib gələk”-,
Bu arzuyla qovruldun.
Axır arzuna yetdin,
Istədiyini etdin.
Hərbə könüllü getdin,
Igid, qorxmaz oğuldun.
2
Əsdi şeir nəsimi,
Titrətdi sarı simi.
Sən baş leytenant kimi,
Müharibə görmüşdün.
Keçərkən hərb yolunu,
Qanlı güllə-dolunu.
Yaraladı qolunu,
İgidliklə döyüşdün.
Hərbidə sən ər idin,
Əzəmət, hünər idin.
Uca bir çinar idin,
Nə vələs, nə göyüşdün.
Həqiqətdən kim doyub,
Böhtanın gözün oyub.
Haqsızlığa son qoyub,
Ədalətlə görüşdün.
Sezdin yarpaq tökmünü,
Haqsızlığın çökmünü.
Neçə ölüm hökmünü,
On beş ilə dəyişdin.
3
Güllər ətir qoxuyur,
Külək çələng toxuyur.
Moskvada oxuyub,
Çox adil vəkil oldun.
Femidayla qoşadın,
Tərəzini oxşadın.
Səksən üç il yaşadın,
Heyf, daş şəkil oldun.
Gedişin düşdü yaya,
Ad günün döndü vaya.
Ruhun uçdu səmaya,
Torpaqda çəkil oldun.
Cüt oğlun Rəşid, Çingiz,
Hüquqşünaslar varis.
Cəmalənsə mühəndis,
Leylansa həkim oldu.
Ədalətdən yoğruldun,
Nə bezdin, nə yoruldun.
Hüququnu qorudun,
Təqsirkar hər kim oldu.
Tərk edib qəfəsini,
Çəkib son nəfəsini.
Sevərək nəvəsini,
Babatək zəkim oldu.
Haqq ədalət biçimdə,
Hiss-həyəcan içimdə.
İlahələr içində,
Femida təkim oldu.
Kəsdin zülmün səsini,
Daş etdin qəfəsini.
Alıb son nəfəsini,
Zindana təhkim oldu.
Düz düzün əlin sıxdı,
Yalanın evin yıxdı.
Haqlı işığa çıxdı,
Canilər məhkum oldu.
4
Duyğulardan zövq alaq,
Sənli xəyala dalaq.
Xatirəndən söz salaq,
Bir an dursun səs-səmir.
Sönməz alışan ocaq,
Bu da ki son duracaq.
Yoxluğun yandıracaq,
Əsəblər deyil dəmir.
El ilə birdi çəkin,
Insan azdı sən təkin.
Adınla, Teymur vəkil,
Fəxr eyləyir Kürdəmir.
Kayıt Tarihi : 30.1.2023 15:12:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!