Düşmüşəm necə zülümə,
Baxıb ağlaram külümə.
Nə yaxşı ki sən ölümə,
Təslim olmadın, olmadın.
Həsrət gəlir bizə yovuq,
Sinəm üstü oyuq-oyuq.
Yay çağında buzlu, soyuq,
Fəslim olmadın, olmadın.
Eheyy...Məni tez unudan,
Göz yaşını su tək udan.
Dərdi-qəmimi ovudan,
Səslim olmadın, olmadın.
05.12.2018
Kayıt Tarihi : 5.12.2018 20:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!