Tesellidir xatireler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tesellidir xatireler

Göy səmaya vurulmuşdur,
Xəyalında son uçuşdur.
Qanadı qırılmış quşdur,
Tək əllidir xatirələr.

Zaman keçər, abid olur
Samit olsan sait olur,
Təksə sənə aid olur,
Məhəllidir xatirələr.

Lalələr bitər bağrıqan,
Uzaqdır məlhəm sarğıdan
Sən demə ürək ağrıdan
Məsəllidir xatirələr.

Ayrılığın çoxluğunda,
Nifrət yatar oxluğunda
Indi sənin yoxluğunda,
Təsəllidir xatirələr.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.6.2021 06:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu