Tesadüf Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Tesadüf


Mən ki inanmazdım təsadüflərə,
Bilməzdim çevrilər, qismətim olar.
Elə bağlanaram, elə sevərəm,
Bircə gün görməsəm, çox çətin olar…

Fərqi yox, biz necə qarşılaşmışdıq,
Tale bu görüşü necə qurmuşdu.
Nə fərqi həmin vaxt saat neçəydi?
Mən səni görəndə dünya durmuşdu…

Kiminsə başına gəlsəydi bu iş,
Deyərdim yuxudu, ya da nağıldı…
Kim necə inansın…..bir təsadüfdən
Bu boyda məhəbbət necə doğuldu?!

İlk dəfə üz- üzə gələndə mənə
Tanış gəlmişdinmi, baxıb gülmüşdüm?
İndi anlayıram, xəyallarımda
Bir ömür mən sənə doğru gəlmişdim…

Deyirlər, həyatda rastlaşdığımız
Bütün təsadüflər zərurət imiş,
Hər şeydə bir hikmət yatırmış demə,
Təsadüf özü də bir fitrət imiş…

Təsadüf deyilmiş səni görməyim,
Yadımda qalmağın təsadüf deyil…
Öncədən düşünüb bunu Yaradan,
Qismətim olmağın təsadüf deyil…

Səni mənə yazan taleyə, bəxtə
Hər dəfə, hər dəfə şükür edirəm…
Mən ki inanmırdım təsadüflərə,
İndi təsadüfə şükür edirəm!

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!