Tersine axdı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tersine axdı

Son sözünü fələk əvvəldən demiş,
Taleyimin fərəh payını yemiş.
Görürsənmi, həsrət nə zalım imiş,
Qılıncını necə köksümə taxdı.

Könül yaram qanamışdı deyəsən,
Son günlərin sanamışdı deyəsən.
Əğyar məni tanımışdı deyəsən,
Gizli-gizli dönüb əksimə baxdı.

Günəş çıxdı, dünya-aləm nurlandı,
Sakit həyat bir andaca şurlandı,
Zəlzələdən yer kürəsi fırlandı,
Dağ çayı da dönüb tərsinə axdı.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu